Enrikeyə lazım deyil, “Qalatasaray” istəyir
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb. Mənbənin sözlərinə görə, Paris klubu 29 yaşlı argentinalının xidmətində maraqlı deyil və Luis Enrikenin baş məşqçi təyin olunması ilə bu durum dəyişməyəcək.
Paredesin xidmətində “Atletiko”, “Latsio”, “Qalatasaray” və digər türk klubları maraqlıdır. Vəziyyəti Premyer Liqa və Səudiyyə Ərəbistanı klublarının da izlədiyi vurğulanır.
Futbolçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Paredes ötən mövsümü icarə əsasında “Yuventus”da keçirib. Turin klubu futbolçunu almaq opsiyasından istifadə etmək istəməyib. Argentinalı Turin təmsilçisi ilə bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
