Azərbaycan futbolu

Mutunu qınadılar: “Neftçi”yə keçmək utancvericidir

Rumıniyalı keçmiş futbolçu Florin Prune “Rapid”də işləyən Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin olunacağı xəbərləri ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, yerli mətbuata danışan sabiq qolkiper mütəxəssisin düzgün addım atmadığını deyib:

“Neftçi”yə keçmək Mutu üçün geriyə addımdır. Düşünürəm ki, o, artıq burada qalmayacaq. Baş verənlərə baxanda hiss edirsən ki, hamı ondan xilas olmaq istəyir. “Rapid”dən ayrılıb, “Neftçi”yə keçmək? Bu, utancvericidir. Düşünürəm ki, artıq kim onu istəsə, iki dəfə düşünməli olacaq. Mutu pul axtarışında olan gənc məşqçidir. Mən onu belə görürəm”.

Qeyd edək ki, Mutunun “Neftçi” ilə razılaşdığı və illik 650 min avro maaş alacağı iddia edilir.