Rahid Əmirquliyevi “taxt”dan kim salacaq? – FOTO
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ölkə çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.
Aut.az xəbər verir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb. Mövsümün sonunda futbolçu karyerasını bitən 34 yaşlı yarımmüdafiəçinin aktivində 451 oyun var.
Azərbaycan millisinin sabiq üzvü Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. Ötən mövsümü “Şamaxı”da keçirən təcrübəli futbolçu 7-ci sıraya yüksəlib.
İki futbolçu isə onluğa daxil olub. Söhbət “Qəbələ”nin kapitanı Asif Məmmədov və mövsümlərarası fasilədə “Sumqayıt”ı “Kəpəz”ə dəyişən Vurğun Hüseynovdan gedir. Məmmmədov 373, Hüseynov isə 362 oyun keçirib.
Qeyd edək ki, onluqda yer alan digər futbolçular karyeralarını müxtəlif vaxtlarda başa vurublar.

