İtaliya

Luka “Milan”da

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, “qırmızı-qaralar” “Latsio” ilə müqaviləsi başa çatan Luka Romeronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik sözləşmə imzalanıb.

Romero “Milan”da 18 nömrəli formanı geyinəcək.