Rəsmi: Ronaldonu həmyerlisi çalışdıracaq
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu portuqaliyalı mütəxəssis Luis Kastronun komandanın yeni baş məşqçisi olduğunu açıqlayıb.
2019-2021-ci illərdə Donetsk “Şaxtyor”una rəhbərlik edən 61 yaşlı çalışdırıcı 2025-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, “Əl-Nəsr”də Kastronun həmyerlisi Ronaldo çıxış edir. Məlumata görə, onun təyinatında məhz Kriştiano təkid edib.
Aut.az
