Rusiya mətbuatında “Neftçi”yə qarşı təxribat
“Matç TV” Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”yə qarşı təxribata əl atıb.
Aut.az xəbər verir ki, sözügedən kanal Sankt-Peterburqda keçirilən turnirdə iştirak edən “ağ-qaralar”ın futbolçusu Mateus Saldanyanın müsahibəsin təhrif edib. Bu barədə paytaxt təmsilçisinin forvardı “Neftçi TV”-ə açıqlama verib:
“Müsahibədən sonra mənə çoxlu mesajlar gəldiyini gördüm. Başa düşmədiyim üçün tərcüməçimizin köməyindən istifadə etdim. Məlum oldu ki, belə məsələ var. Mənim fikrim tam verilməyib. Mən demişəm ki, “Zenit”in kimi böyük klubda oynamaq hər bir futbolçunun arzusu olar. Amma mən “Neftçi”nin futbolçusuyam, hər şey klubumdan asılıdır”.
Başqa bir problem isə “Neftçi”nin digər futbolçusu Azər Salahlı ilə bağlı olub. Müdafiəçinin adından “Matç TV”-də müsahibə yayımlanıb. Ancaq sonra məlum olub ki, müsahibə Azərdən deyil, Ömər Buludovdan alınıb.
