Çağlar Söyüncü “Atletiko”da – Rəsmi
İspaniyanın “Atletiko” klubu Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncünü transfer edib.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.
Çağlar Söyüncü Madrid təmsilçisi ilə yanvarda razılaşmışdı. O, “Lester”dən azad agent kimi ayrılıb.
