“Qarabağ” “Krasnodar”dan bu futbolçunu istədi: Kadidən qalan borcun əvəzinə
“Qarabağ” “Krasnodar”ın sağ cinah müdafiəçisi Sergey Volkovu transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “sport24” məlumat yayıb. Bildirilir ki, “Qarabağ” rəhbərliyi Volkovun alınmasını Kadi Borgesin transferinə əlavə etmək istəyib.
Kadi yanvarda “Krasnodar”a keçib. Rusiya klubu onun transferinin yalnız 2 milyon avrosunu ödəyib. Qalan 3 milyon avro isə hələ ödənməyib.
Azərbaycan çempionu qalan məbləği 20 yaşlı müdafiəçi ilə əvəz etməyi təklif edib, lakin “Krasnodar” bu təklifi rədd edib.
Məlumata görə, danışıqlar davam edir.

Aut.az
