İspaniya

“Espanyol”dan “Sevilya”ya

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, sözügedən klub “Espanyol”un sol cinah müdafiəçisi Adria Pedrosanı transfer edib.

Azad agent statusuna malik 25 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb.

Pedrosa “Espanyol”un yetirməsidir. O, karyerası ərzində yalnız Kataloniya təmsilçisinin uğurları üçün çalışıb, İspaniyanın U-21 yığmasında da oynayıb.