Avropa Çempionatı

Tbilisidə rekord qeydə alındı

AVRO-2023-də Gürcüstan və İsrail milli komandaları arasında keçirilən oyunda tamaşaçı sayında rekord qeydə alınıb.

Aut.az xəbər verir ki, qarşılaşmanı 44338 azarkeş stadiondan izləyib. UEFA-nın mətbuat xidmətindən verilən məlumata görə, bu, 21 yaşadək komandaların iştirak etdiyi gənclər turnirləri tarixində yeni tamaşaçı rekordudur.

Görüş Tbilisidə, Boris Payçadze adına arenada keçirilib. Stadion 55.000 tamaşaçı tutumuna malikdir.

Aut.az