“Qalatasaray”dan ayrıldı
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata “Qalatasaray”dan ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yazıb. O, Türkiyə klubu ilə vidalaşdığı haqda paylaşım edib.
Mata iyunun 30-da azad agent olub. O, ötən mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə keçirdiyi 18 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
