Bir italyanı göndərib, digərini gətirdi – Türkiyə klubu
İtaliya yığmasının sabiq futbolçusu Fabio Kannavaro Türkiyənin “Fatih Karagümrük” klubuna başçılıq edəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb. Mütəxəssis yaxın bir neçə gün ərzində klubun düşərgəsinə gələcək.
Klubun əvvəlki baş məşqçisi Kannavaronun həmyerlisi Andrea Pirlo idi.
Kannavaronun son klubu “Benevento” olub.
