AUT.AZ

Kaşuku izlədi, rəhbərlikdən tələb etdi: Alın

“Sabah”da parlaq mövsüm keçirən Aleksey Kaşuk karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

22 yaşlı yarımmüdafiəçinin xidmətində “Trabzonspor”un maraqlı olduğu barədə məlumat vermişdik.

Qaradəniz təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Kaşuku sərəncamında görmək istəyir. O, Rumıniyaya yollanaraq Ukraynanın U-21 yığma komandaların Avropa çempionatı çərçivəsində Xorvatiyaya qarşı keçirdiyi görüşü tribunadan izləyib.

Ukraynanın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Kaşuk qol vurub və qol ötürməsi edib. Türkiyəyə qayıdan Nenad “Trabzonspor” rəhbərliyindən tələb edib: “Kaşuku transfer edin”.

Məlumata görə, rəhbərlik artıq “Şaxtyor”la danışıqlara başlayıb.

Aut.az

 

Exit mobile version