AUT.AZ

“Neftçi” onu da Rusiyaya aparır

“Neftçi”nin Rusiyada keçiriləcək “Match TV” kuboku üçün bu gün 23 nəfərlik oyunçu heyəti ilə Sankt-Peterburqa yollanacağı barədə məlumat vermişdik.

Aut.az-ın məlumatına görə, “ağ-qaralar” Rusiyaya yollanan heyətə daha bir futbolçunu əlavə edib. Söhbət yeni transfer Emil Balayevdən gedir. 29 yaşlı qapıçının adı hazırda səfərə yolanan heyətə daxil edilib.

“Neftçi” Heydər Əliyev Hava Limanından saat 00:00-da ayrılacaq.

Qeyd edək ki, Rusiyada keçiriləcək turnirdə “Neftçi” “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” ilə yarışacaq.

Exit mobile version