Digər

Messi seriala çəkildi – VİDEO

Argentina millisinin üzvü Lionel Messi tamaşaçıların önünə başqa formatda çıxıb. 

Aut.az xəbər verir ki, o, bu dəfə özünü aktyor kimi sınayıb. 36 yaşlı hücumçu Argentinada “Los Protectores” serialında rol alıb.

Öz rolunu oynayan futbolçunun səhnəsində argentinalı və kolumbiyalı aktyorların oynadığı başqa üç personaj – futbol agentləri var. Onlar dünya çempionunu fəeqli klublara transfer etməyə çalışırlar.