Azərbaycan futboluManşetSeçmə

“Neftçi” onlarla müqavilə bağladı: iyunun 29-da təqdim edəcək

Yeni futbol mövsümünün başlamasına sayılı günlər qalsa da, “Neftçi”də qeyri-müəyyənlik hökm sürür. Komanın baş məşqçi postunun kimə tapşırılacağı hələ məlum deyil. Bununla belə yeni transferlərdən xəbər var.

Aut.az-ın əldə etdiyi məlumata görə, yerli transfer bazarında geri düşməməyə çalışmayan “ağ-qaralar” bir neçə gün sonra yeni futbolçularını ictimaiyyətə təqdim edəcək. Söhbət milli komandamızın üzvləri Filip Ozobiç və Emil Balayevdən gedir. Onların hər biri ilə 2 illik müqavilə imzalanıb.

Ancaq yığmanın düşərgəsində olduqlarından onlara bir neçə günlük istirahət verilib. Yeni transferlər “Neftçi”nin düşərgəsinə iyunun 29-da qoşulacaqlar və həmin gün rəsmən təqdim ediləcəklər.