Basketbol

“Barselona”da yeni baş məşqçi – RƏSMİ

Rocer Qrimo “Barselona”nın basketbol komandasının yeni baş məşqçisi təyin edilib.

Aut.az xəbər verir ki, o, Kataloniya təmsilçisi ilə müqaviləni uzatmayan litvalı mütəxəssis Şarunas Yasikeviçiusu əvəz edəcək.

2022/2023 mövsümündə Jasikeviciusun rəhbərliyi altında “Barselona” İspaniya çempionluğunu qazanıb. Mövsümün finalında o, əsas rəqibi “Real”a hər 3 oyunda qalib gəldi.

Avroliqada isə “Barselona” yarımfinalda  “Real”a, daha sonra isə üçüncü yer uğrunda mübarizədə  “Monako”ya məğlub oldu.

Aut.az