Ramos ABŞ-da gürcü ilə görüşdü – VİDEO
Serxio Ramos UFC ABC-5-də İlia Topuria ilə görüşüb.
Aut.az xəbər verir ki, Ceksonvildə (Florida) UFC on ABC 5 turniri başa çatıb. Onun əsas yarışında gürcü əsilli ispan İlia Topuria Coş Emmetti xal hesabı ilə məğlub edib.
Döyüşdən sonra turnirin kulislərində Topuria futbol üzrə dünya çempionu və “Real”ın sabiq kapitanı Serxio Ramosla görüşüb. Ramos İlianı qələbə münasibətilə təbrik edib.
Aut.az
