“Qalatasaray” “Şaxtyor”la anlaşsa, “Korintias”ın çarəsi qalmayacaq
Türkiyə çempionu “Qalatasaray” hazırda icarə əsasında Braziliyanın “Korintians” klubunda çıxış edən “Şaxtyor”un yarımmüdafiəçisi Maykonu transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, yaxın günlərdə 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı tərəflər arasında danışıqların aparılacağı gözlənilir.
Maykonla bu il dekabrın 31-dək icarə müqaviləsi olan “Korintians” yarımmüdafiəçini buraxmağa borcludur. Çünki icarə müqaviləsi bağlanarkən, “Şaxtyor” oyunçunu satmaq təklifi alacağı təqdirdə, bunu edəcəyi ilə bağlı bənd əlavə edilib.
Hazırda “Korintians” nə Maykondan, nə də “Şaxtyor”dan icarəyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq almayıb, lakin “Qalatasaray” “Şaxtyor”la anlaşarsa, Braziliya klubunun yarımmüdafiəçini buraxmaqdan başqa çarəsi qalmayacaq.
Aut.az
