“Qarabağ” onu transfer edir
“Qarabağ” bu yay ikinci transferini reallaşdırmağa yaxındır.
Aut.az xəbər verir ki, “köhlən atlar” Portuqaliya təmsilçisi “Şaveş”də çıxış edən braziliyalı futbolçu Juninyonu heyətinə qatır. Bu barədə “O Jogo” məlumat yayıb.
Ağdam təmsilçisi 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə anlaşıb. “Qarabağ”ın təcrübəli vinger üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Juninyo “Şaveş”in heyətində 76 oyuna 12 qol vurub.
Əlavə edək ki, Ağdamlılar daha əvvəl “Zirə”dən ayrılan Hamidu Keytanı heyətinə qatıb.
