Azərbaycan futbolu

Millimizin üzvü “Turan Tovuz”da

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Tovuz təmsilçisi Sərtan Taşkını sıralarına qatıb. Milli komandamızın da şəfərini qoruyan futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

 

Müdafiəçi karyerası ərzində “Keşlə”, “Sumqayıt” və “Zirə”də forma geyinib.

Qeyd edək ki, “Turan Tovuz” bunadək Aydın Bayramov və Fərid Nəbiyevi də transfer edib.