Dünya futbolu

Rusiya pasportu alır ki, həbs olunmasın

“Spartak”ın hücumçusu Kvinsi Promes ekstradisiya olunmamaq üçün Rusiya pasportu almağa can atır.

Aut.az xəbər verir ki, Niderlandın AD internet portalının jurnalistləri bu qənaətdədirlər.

Promes vətənində bir sıra ağır cinayətlər törətməkdə ittiham olunur: o, əmisi oğluna bıçaqla hücumda və narkotik alverində iştirakda günahlandırılır. Niderland mətbuatının yazdığına görə, ədalətdən qaçmaq üçün Promesə pasport lazımdır.

Hücumçunun istəyinə gələn bazar ertəsi qərar veriləcək. Promesə qarşı ittihamlar irəli sürüləndə, o, ən qısa zamanda doğma “Ayaks”ı tərk etdi və 2021-ci ildə əvvəllər oynadığı Moskva “Spartak”ına qayıtdı.

Rusiya Premyer Liqasının 2022/2023 mövsümündə Promes 27 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az