“Qarabağ”a “qardaş” deyir, ermənidən əl çəkmir
Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryan Türkiyənin “Qalatasaray” klubunun əsas hədəflərindən biridir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Burhan Can Terzi “Twitter” səhifəsində yazıb.
“Zaxaryan Erden Timurun ən çox arzuladığı oyunçulardan biridir. Nöqtə”, – deyə Terzi yazıb.
Erden Timur – “Qalatasaray”ın vitse-prezidentidir.
Bundan əvvəl Türkiyə mətbuatında Zaxaryanın ailəsinin qışda olduğu kimi “Qalatasaray”a mümkün transferinə artıq etiraz etmədiyi barədə məlumatlar yayılıb
Qış transfer pəncərəsində “Qalatasaray” erməni futbolçunu transfer etmək üçün çox çalışdı. Lakin “Dinamo”nun futbolçusunun özünün dediyi kimi, bu, şəxsi səbəblərdən baş tutmadı.
Aut.az
