Digər

Ruslar üçün təhqiramiz qərar: Yalnız “qaçqınlar komandası” kimi…

Rusiya idmançıların 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hansı şərtlə buraxılacaqları məlum olub.

Aut.az xəbr verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına əsasən, sözügedən ölkənin təmsilçiləri olimpiadada ölkələrinin deyil, “qaçqınlar komandası”nın üzvü kimi iştirak edə biləcəklər. Bu barədə “All Sport” agentliyi məlumat yayıb.

İddia olunur ki, artıq Rusiya komandalarının rəhbərlərinə müvafiq məlumatlar verilib. İdmançılar Paris-2024-də iştirak etmək üçün Rusiya Olimpiya Komitəsinin (ROK) və milli federasiyaların vasitəçiliyi olmadan BOK-a şəxsən müraciət etməlidirlər Qurumun ixtisas standartları və tövsiyələrinin meyarlarına uyğun olaraq yoxlamalar aparılacaq və bundan sonra onlara cavab veriləcək.

Ərizə təsdiqləndikdən sonra idmançı bütün milli yarışlarda iştirakı və Rusiya idman təşkilatlarından hər hansı dəstəyi qəbul etməyi dayandırmalıdır. İdmançılarla bağlı bütün məsələlər, o cümlədən hazırlıq prosesi ilə BOK-un xüsusi əməkdaşları məşğul olacaqlar.

Qeyd edək ki, Rusiyanın Ukraynaya işğalçı təcavüzündən sonra sözügedən ölkənin idmançıları bütün yarışlardan uzaqlaşdırılıblar. Yalnız əməliyyatları dəstəkləməyən idmançılara müəyyən yarışlarda iştirakına icazə verilir.