Kvaratsxeliya seçildi: ÇL-in ən yaxşısı
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.
Aut.az xəbər verir ki, gürcüstanlı futbolçu turnirdə doqquz oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Xatırladaq ki, bu, Xviçinin Neapol klubunun tərkibində ilk mövsümüdür. O, komandasına 33 ildən sonra ilk dəfə İtaliya çempionluğunu qazanmağa kömək edib.
Kvaratsxeliyanın ÇL-də əlavə göstəriciləri:
Keçid dəqiqliyi: 74.23%
Qət edilən məsafə: 76,32 km
Maksimum sürət: 33,6 km/saat
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodriqo Hernandes bu mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilib.
Aut.az
