Messi Çində saxlanıldı
Lionel Messi Çin polisi tərəfindən saxlanılıb.
Aut.az xəbər verir ki, hadisə Pekinə səfər zamanı baş verib. Leo sözügedən şəhərin hava limanında pasportunda problem olduğu üçün nəzarət altına alınıb.
Hadisə Argentina millisinin düşərgəsində olarkən baş verib. Futbolçu yığmanın Avstraliya ilə yoldaşlıq oyununda iştirak etmək üçün Çinə səfər edib.
Məlum olub ki, İspaniya vətəndaşlarının Asiya ölkəsinə səfər etməsi üçün vizaya ehtiyac var. Leonun isə bunun üçün viza almayıb.
Ən qəribəsi odur ki, Argentina pasportu da olan Leonun Çinə İspaniya vətəndaşı kimi daxil olmaq istəməsidir. Cənubi Amerikalıların düşərgəsində olan ulduz futbolçunun niyə belə qərar verdiyi məlum deyil.
Bir müddət polis nəzarətində olan 35 yaşlı hüçumçu Çinin dövlət orqanlarının köməyi ilə sürətli viza ala bilib. O, iyunun 15-də keçiriləcəlk Argentina – Avstraliya matçında oynaya biləcək.
