Arda Turnanın “tələbəsi” olacaq
“İstanbul Başakşəhər”in futbolçusu Caner Erkin karyerasını “Eyupspor”da davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu mövsüm elitaya vəsiqə qazana bilməyən Arda Turanın çalışdırdığı “Eyupspor” heyəti gücləndirmək niyyətindədir. Caner Erkinin “Başakşəhər”lə müqaviləsi mövsümün sonunda başa çatır. Tərəflər yeni müqavilə imzalamayıblar.
Məlumata görə Canerlə “Eyupspor” rəsmiləri arasında ilkin danışıqlar baş tutub.
Aut.az
