Azərbaycan futboluTürkiyə

“Qarabağ”la “Qalatasaray” yenə qarşılaşacaq?

“Qarabağ”la “Qalatasaray” yenidən üz-üzə gələ bilər.

Aut.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Haluk Yürekli məlumat verib. O, “Twitter” hesabındakı paylaşımda qeyd edib ki, İyunun 27-də toplanacaq İstanbul təmsilçisi ilk yoxlama matçını “köhlən atlar”a qarşı keçirə bilər. Oyunun vaxtı və məkanı barədə hər hansı bir məlumat verilməyib.

Qeyd edək ki, sözügedən komandalar martın 26-da Bakıda xeyriyyət matçında üz-üzə gəlib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesabılı qələbəsi ilə nəticələnib.

 

"Qarabağ"la "Qalatasaray" yenə qarşılaşacaq?