Messi bu klubdan rəsmi təklif aldı
“İnter Mayami” argentinalı hücumçu Lionel Messinin transferinə ciddi yanaşır.
Aut.az xəbər verir ki, bu barədə məlumatı “Marca” yayıb.
Mənbənin məlumatına görə, “İnter Mayami” argentinalı hücumçuya rəsmi təklif edib. Qeyd olunur ki, “İnter Mayami” Messiyə ən azı üç mövsümlük müqavilə təklif edib. Argentinalı liqada ən çox maaş alan futbolçu olacaq.
Qeyd edək ki, Messinin PSJ-dən ayrılacağı rəsmən elan olunub.
Aut.az
