Azərbaycan futbolu

“Qarabağ”ın legionerinə təklif var – Bu ölkələrdən

“Qarabağ”ın gürcü legioneri Luka Quqeşaşvili komandadan ayrıla bilər.

Aut.az xəbər verir ki, Luka bir neçə təklif alıb. Onun xidmətində Kipr, Yunanıstan və Polşa klublarının maraqlı olduğu bildirilir.

Qurban Qurbanov Gürcüstan yığmasına da dəvət alan “əlcək sahibi”nin satılmasına qarşı deyil.

Luka il yarımdır Ağdam təmsilçisinin sıralarındadır. “Köhlən atlılar” onu 2022-ci ilin yanvarında “Yağelloniya”dan icarəyə götürüb və ötən ilin yayında onun transfer hüququnu Polşa klubundan alaraq 3 illik müqavilə imzalayıb.

“Qarabağ”ın legionerinə təklif var - Bu ölkələrdən

Aut.az