“Qarabağ”a çempionluq kuboku təqdim edildi
Azərbaycan Premyer Liqasında 2022-2023 mövsümü yekunlaşdı.
Aut.az xəbər verir ki, mövsümün çempionu “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub. “Azersun Arena”da keçirilən mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov iştirak edib.
Eyni zamanda “Sabah”a gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim edilib.
