Azərbaycan futboluManşetSeçmə

“Neftçi”ni Sankt-Peterburqda gözləyirlər: Yalançı kimdir?

“Zenit”in prezidenti Aleksandr Medvedev klubunun bu yay keçirəcəyi yoldaşlıq görüşlərindən danışıb.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbəri “Çempionat”a açıqlamasında mini-turnir keçirəcəklərini, Türkiyə, Serbiya və Azərbaycan klubları ilə qarşılaşacaqlarını bildirib.

O, “Çempionat”a açıqlamasında iyulda təşkil ediləcək yarışda “Fənərbağça”, “Svena Svezda” və “Neftçi”nin iştirakını gözlədiyini söyləyib.

"Neftçi"ni Sankt-Peterburqda gözləyirlər: Yalançı kimdir?

Qeyd edək ki, bir müddət öncə “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev açıqlamasında turnirlə bağlı rəsmi təklif gəlmədiyini bildirmişdi.

Qeyd edək ki, Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra bu ölkənin idmanı sanksiyaya məruz qalıb. Bütün dünya Rusiya klubları ilə qarşılaşmaqdan imtina edirlər. Belə durumda “Neftçi”nin Rusiyaya səfəri birmənalı qəbul edilməyəcək.

Aut.az