İtaliya

Razıdır, rəsmi təklifi gözləyir

“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-ni təhvil almağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis klubdan rəsmi təklif alacağı təqdirdə növbəti mövsümdən Paris təmsilçisi ilə işləməyə razıdır.

60 yaşlı Mourinyo 2021-ci ilin iyulundan “Roma”dadır. Ötən mövsüm mütəxəssis Roma klubu ilə Konfrans Liqasının qalibi olub, bu il Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı çalışdırıcının İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

PSJ-nin hazırkı baş məşqçisi ilk mövsümdür komanda ilə işləyən Kristof Qaltyedir. Onun rəhbərliyi altında parislilər Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırıb.

Aut.az