Rövnəq Abdullayev Naxçıvana gedir?
Mayın 23-də Naxçıvan şəhər stadionunda futbol bayramı keçiriləcək.
Aut.az xəbər verir ki, həmin gün “Araz Naxçıvan” I Divizionun son turunda “Zaqatala” ilə qarşılaşacaq (saat 16:00).
Matçdan sonra çempion komandaya qızıl medallar təqdim ediləcək.
Futbol bayramına sənətçilər də dəvət olunub.
AFFA prezidenti Rövnəq Abdullayevin də tədbirə qatılacağı gözlənilir.
Qeyd edək ki, “Araz Naxçıvan” növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Muxtar Respublika təmsilçisinə elitada iştirak etmək üçün lisenziya da verilib.
Aut.az
