İngiltərə

Ferqyuson Ronaldonun kapitan olmasını niyə istəməyib?

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevil maraqlı açıqlama ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonun Kriştiano Ronaldoya kapitanlıq verməməsinin səbəbini açıqlayıb:

“Möhtəşəm komandamız var idi: Ronaldo, Ueyn Runi, Karlo] Teves, Rayan Giqqs, Pol Skouls, Maykl Kerrik, Rio Ferdinand, Nemanya Vidiç, Patris Evra, Edvin van der Sar. Bu adlar arasında bəzi böyük şəxsiyyətlər və oyunçular var idi.

Bir gün mən ser Aleksin avtomobil meydançasına çıxarkən yanına getdim və dedim ki, artıq özümü kapitan olmağa layiq hiss etmirəm. Bu komanda mənim rəqabət apara bilməyəcəyim səviyyədədir. Ferqyusonun cavab verdi ki, o lənətə gəlmiş sarğı sənindir, oğlum. Siz və Giggs kapitan olacaqsınız. Sarğını Ronaldoya versəm, Runi narazı qalacaq. Runiyə versəm, Ronaldo əsəbiləşəcək. Vidiçə versəm, Ferdinand xoşbəxt olmayacaq. Mən və Giqqs komandada polis funksiyasını yerinə yetirirdik”.

Ferqyuson Ronaldonun kapitan olmasını niyə istəməyib?