Azərbaycan futbolu

“Qəbələ” Asif Məmmədova elə bir jest etdi ki…

“Qəbələ” klubu kapitanı Asif Məmmədovla bağlı qərar verib.

Aut.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” təcrübəli futbolçunun mövsümün sonunda bitəcək müqaviləsini daha bir il müddətinə yeniləyəcək. 36 yaşlı yarımmüdafiəçinin maaşında da azalma olmayacaq.

Ötən həftə Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən 37 yaşlı futbolçu Türkiyədə əməliyyat olunub. O, 2-3 ay sonra məşqlərə başlayacaq. Bu təklifi “Qəbələ” rəhbərliyi tərəfindən kapitana edilən jest kimi də qiymətləndirmək olar.

Qeyd edək ki, Asif Məmmədov 2015-ci ildən “Qəbələ”nin formasını geyinir.

“Qəbələ” Asif Məmmədova elə bir jest etdi ki...

Aut.az