O günü bir də 25 ildən sonra gördülər
Avrokuboklarda 2022/2023 mövsümü İtaliya klubları üçün uğurlu alınıb.
Aut.az xəbər verir ki, A seriyasının 3 təmsilçisi yarışların finalına çıxıb. “İnter” Çempionlar Liqasının, “Roma” Avropa Liqasnın, “Fiorentina” isə Konfrans Liqasının finalına yüksəlib.
“Opta”nın məlumatına görə, belə hal ilk dəfə 1997/1998 mövsümündə yaşanıb. Həmin vaxt “İnter” və “Latsio” UEFA Kubokunun finalında qarşılaşıb. “Yuventus” isə Çempionlar Liqasının həlledici matçında “Real”la üz-üzə gəlib.
Qeyd edək ki, “İnter” “Mançester Siti”, “Roma” “Sevilya”, “Fiorentina” isə “Vest Hem”lə üz-üzə gələcək.
