Azərbaycan futbolu

Bölgə klubunun oyununda rekord sayda azarkeş

“İmişli” Birinci Divizionun XXIX turunda “Zirə-2″ni qəbul edib.

Aut.az xəbər verir ki, görüş qollu bərabərliklə başa çatıb.

Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilən qarşılaşmanı rekord sayda – 4500 tamaşaçı izləyib. Bu, Divizionda turun ən yüksək göstəricisidir.

“İmişli” son ev oyunundan əvvəl tamaşaçılar üçün konsert proqramı da təşkil etmişdi.

Bölgə təmsilçisi Divizionda sona bir tur qalmış 20 xalla 15 komanda arasında 13-cüdür.