Qvardiolaya qışqırıb: Səsini kəs
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasının yarımfinalında “Real”a 4:0 hesabı ilə qalib gəldikləri oyunda “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya qarşı kobudluq edib.
Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb. Yayımda De Bruynenin əsəbi halda Qvardiolaya tərəf dönərək “Səsini kəs, səsini kəs” qışqırması diqqət çəkir.
Matçdan sonra Pep bildirib ki, həmin anda futbolçularına hücum qurarkən tələsməməyi tövsiyə edib.
“Mançester Siti” “Real”ı 4:0 (ümumilikdə 5:1) hesabı ilə məğlub edib və Çempionlar Liqasının finalında İtaliya “İnter”i ilə qarşılaşacaq. Oyun iyunun 10-da İstanbuldakı Olimpiya Stadionunda baş tutacaq.
Aut.az
