Şakira Pikeni 61 yaşlı ulduza dəyişir? – FOTOLAR
Bir neçə ay əvvəl xəyanətdə ittiham etdiyi sabiq futbolçu Jerar Pikedən ayrılan Şakira yenidən eşq yaşaya bilər. Kolumbiyalı müğənni tez-tez “Hollivud” ulduzu Tom Kruzun yanında görünür.
Bu hadisə son olaraq “Formula 1” üzrə Dünya çempionatının dördüncü mərhələsində yaşanıb. Sözügedən ulduzlar Mayamidə keçirilən yarışı birlikdə izləyiblər. Onlar hətta treyki də bir yerdə gəziblər.


Şakira və Kruzu gülərkən görüntüləniblər. Müğənninin pərəstişkarları tanınmış aktyorun onunla maraqlandığını iddia edirlər.
ABŞ mətbuatının yazdığına görə, yarış bitdikdən sonra Kruz Şakiraya nəhəng qızılgül buketi göndərib. Aktyorun 61, Şakiranın isə 46 yaşı var.

