Azərbaycan futbolu

“Qarabağ” rəsmiləri İstanbula niyə gediblər? – FOTO

“Qarabağ” və “Qalatasaray” rəhbərliyi yenidən bir araya gəlib.

Aut.az xəbər verir ki, budəfəki görüş “sarı-qırmızılılar”ın dəvəti ilə İstanbulda baş tutub. Görüşdə “Qalatasaray”ın prezidenti Dursun Özbek, klubun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov, “Qarabağ”ın direktoru Emrah Çelikel, baş menecer Asif Əsgərov iştirak ediblər.

Qeyd edək ki, daha öncə Bakıda “Qarabağ” və “Qalatasaray”ln prezidentləri – Tahir Gözəllə Dursun Özbek bir araya gəlmişdilər. Həmin görüşdən sonra Özbek Ağdam təmsilçisi ilə qardaş klub olacaqlarını açıqlamışdı.

"Qarabağ" rəsmiləri İstanbula niyə gediblər? - FOTO