“Neftçi” keçmiş hücumçusuna borcunu ödədi
“Neftçi” sabiq oyunçusu Mirabdulla Abbasova borcunu ödəyib.
Aut.az xəbər verir ki, bu barədə Oyunçuların Statusu və Transferi Komitəsi açıqlama yayıb. Qərarda bunlar qeyd olunub:
“01 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 01.09.2022-ci il tarixli Razılaşmaya əsasən İddiaçıya ödənilməli olan 80 000 (səksən min) manat kompensasiya məbləğinin qalan 23 585,5 manat ( iyirmi üç min beş yüz səksən beş manat əlli qəpik) hissəsinin Cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq iddia tələbi təmin edilmiş hesab edilsin”.
“Neftçi”nin yetirməsi olan Abbasov 2016-cı ilin yayından 2022-ci ilin sentyabrına qədər “ağ-qaralar”da forma geyinib.
