Sabiq futbolçu dəhşətli qəzada öldü – VİDEO
Moskva “Spartak”ın sabiq futbolçusu Aleksandr Karakin dəhşətli qəza nəticəsində ölüb.
Aut.az xəbər verir ki, hadisə mayın 12-də Minsk şosesinin 30-cu km-də baş verib. Hadisə şahidləri bildirir ki, sabiq futbolçu yüksək sürətlə idarə etdiyi avtomobili dayanacağa çırpıb.
Karakin kiminləsə küçə yürüşünə çıxıbmış. Sabiq futbolçu ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib. Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun yanında olan şəxs də reanimasiyaya yerləşdirilib.
Aut.az
