Heç bir rus heç bir yarışa buraxılmamalıdır – Bilirsiniz niyə?
Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko Fransa mətbuatına müsahibəsində rus və belarus idmançılarının bütün yarışlardan uzaqlaşdırılmasının tərəfdarı olduğunu bildirib.
“Mənə Ukrayna haqqında danışmaq imkanı verdiyiniz üçün təşəkkür edirəm. Vəziyyət dəyişməyib. Müharibə davam edir, insanlar günü-gündən ölür, uşaqlar ölür. Həqiqətən çətindir, amma mən fəxr edirəm, ölkəm və xalqımla fəxr edirəm. Eləcə də ordumuzla. Onlar mübarizə aparır və bizi qoruyurlar. Ölkənin demokratiya uğrunda necə mübarizə apardığı ilə fəxr edirəm.
Mən öz mövqeyimi müharibənin əvvəlində bildirmişəm. Müharibə bitənə qədər heç bir rus və ya belarus idmançısı dünyanın heç bir yerində olimpiya və ya digər idman yarışlarında iştirak etməməlidir.
Niyə? Çünki bu bir prinsipdir. Niyə bu, hər kəs üçün yox, mənim üçün bir prinsipdir? Çünki indi biz burada danışarkən onlar bizim insanları, uşaqları öldürürlər. Biz Ukraynanın adını, kimliyimizi, dilimizi qorumaq, yaşamaq üçün mübarizə aparırıq”.
Aut.az
