Finaldan öncə ilk “tamaşa”
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Aut.az xəbər verir ki, “Fiorentina” İtaliyada “Bazel”i qəbul edəcək. Digər matçda isə “AZ Alkmaar” “Vest Hem”in qonağı olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.
UEFA Konfrans Liqası, 1/2 final
11 may
23:00 Fiorentina – Bazel
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, “Artemio Franki” stadionu
23:00 Vest Hem – AZ Alkmaar
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, “London” stadionu
