Fərid Qayıbov idarəetməni itirib: Müşavirini niyə qovub?
Gənclər və İdman Nazirliyində (GİN) böhran davam edir.
Aut.az xəbər verir ki, nazir Fərid Qayıbovun müşaviri Fidan Rüstəmli işdən azad olunub.
Bu barədə məlumatı allsport.az yayıb. Bildirilir ki, o, maliyyə pozuntusu səbəbindən nazirlikdən uzaqlaşdırıblar.
Fidan Rüstəmli daha əvvəl nazirlikdə aparatın rəhbəri, gənclərlə iş şöbəsinin baş məsləhətçisi kimi mühüm vəzifələr də tutub.
Məlumata görə, GİN-in iqtisadiyyat şöbəsinin müdiri Mehman Ramazanov ilə Fidan Rüstəmlinin arası yaxşı olub. Növbəti “qurban”ın Mehman Ramazanov olacağı bildirilir.
Əlavə edək ki, F.Rüstəmli 31 federasiyanın statusunun dayandırılmasında rol alan əsas simadır. Bu hüquqşünasın əli ilə yüzlərlə idman adamı işsiz qalıb.

Aut.az
