Əfsanəvi braziliyalı Messini tənqid etdi
Əfsanəvi braziliyalı Rivaldo Lionel Messini PSJ-yə hörmətsizlikdə ittiham edib.
Aut.az xəbər verir ki, Rivaldo bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Messi PSJ-nin icazəsi olmadan Səudiyyə Ərəbistanına getdi, klub da onu iki həftəlik diskvalifikasiya etdi. Bütün əlamətlər onu göstərir ki, o, müqavilənin detallarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedib.
Bununla belə, Messinin hazırkı klubuna bu cür hörmətsizlik göstərdiyini görəndə üzüldüm, bunu ona yaraşdırmadım. Belə hərəkət Messi üçün qeyri-adidir.
O, mütləq daha yaxşı alternativ tapa bilərdi – klubla danışa, səudiyyəlilərin Parisə gəlməsini, hətta mövsümün bitməsini gözləyə, problem yaratmamaq üçün PSJ ilə anlaşa bilərdi.
Messi həmişə nümunə olub və onu tənqid edənlər hücum etmək üçün belə bir şey gözləyirdilər. Liqanın sona çatdığı və klubunun Fransa çempionluğuna yaxınlaşdığı bir vaxtda Messi bundan qaça bilərdi”, – “Barselona”nın və Braziliya millisinin sabiq üzvü yazıb.
Aut.az
