Mahir “Trabzonspor”a qarşı oynayacaq?
Azərbaycan millisinin və “Konyaspor”un futbolçusu Mahir Emreli “Trabzonspor”la Türkiyə Super Liqasının 32-ci tur oyununa start heyətində çıxacaq.
Aut.az xəbər verir ki, buna səbəb Robert Muriç və Konrad Mixalyakın zədədən yeni sağalmaları və hələ hazır olmamalarıdır. Bu səbəbdən baş məşqçi Aleksandr Stanoyeviç qarşıdakı görüşdə daha hazır olan Emreliyə şans verəcək.
Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Konyaspor” – “Trabzonspor” matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
