Dünya futbolu

40 yaşı var, amma müqaviləni uzatdılar

“Porto” müdafiəçisi və kapitanı Pepe ilə müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı futbolçu 1 illik (2024-cü ilin iyununa qədər) müqavilə imzalanıb.

Pepe peşəkar karyerası ərzində cəmi 4 klubda – “Maritimo”, “Porto”, “Real” və “Beşiktaş” klublarında çıxış edib.

Müdafiəçi 2004-2007-ci illərdə, həmçinin 2019-cu ildən bu günə kimi “əjdahalar”ın heyətində çıxış edib. O, “Porto”nun heyətində 4 dəfə ölkə çempionu olub.

Bu mövsüm 40 yaşlı futbolçu 28 oyun keçirib. Müdafiəçi Portuqaliya millisində 133 oyuna çıxıb.

Aut.az