“Qarabağ”dan tarixi rekord: Məğlub olsa da…
Azərbaycan çempionatları tarixində ən uzun məğlubiyyətsiz seriyalar açıqlanıb.
Aut.az xəbər verir ki, ötən gün “Qarabağ”ın 49 matçlıq seriyası qırılıb. 30-cu turda “Sabah”a 1:2 hesabı ilə uduzan “köhlən atlar” 1997/1998 mövsümündə yenilmədən çempionluq sevinci yaşayan “Kəpəz”in rekordunu təkrarlaya bilməyib.
Mövsümdə ilk dəfə məğlub olan Ağdam təmsilçisi Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. Bu 49 matçlıq seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışda 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
